AHISKA TÜRKLӘRİNİN SÜRGÜN FOLKLORUNUN YARADICILIQ SİNKRETİZMİ VӘ JANR TİPOLOGİYASI


Özet Görüntüleme: 36 / PDF İndirme: 24

Yazarlar

  • Asif Hacılı Prof. Dr., Azerbaycan Üniversitesi,

DOI:

https://doi.org/10.5281/zenodo.7537638

Anahtar Kelimeler:

Folklor, Ədəbiyyat, Deportasiya, Ahıska Türkləri,, Epos, Nəsr, Janr, Üslub

Özet

Məqalədə Ahıska türklərinin sürgün folklorunun funksional, semantik və struktur xüsusiyyətləri nəzərdən keçirilir. Tarixən cənubi-qərbi Qafqaz regionunda məskunlaşmış bu türk toplumu 1944-cü ildə Orta Asiya və Qazaxıstana sürgün edilmişdir. Türk dilinin yerli elementlərlə zənginləşmiş şərqi Anadolu dialektində danışan Ahıska türkləri hazırda dünyanın ondan çox ölkəsində məskunlaşmışlar və səkkiz dildə təhsil alırlar. Münbit etnik-mədəni mühitin olmadığı sürgün şəraitində milli mənliyin qorunmasında əsas amil, bu yeni kontekstdə dərin dəyişikliklərə məruz qalmış folklor olmuşdur. Məqalədə göstərilir ki, Ahıska türklərinin sürgün folklorunda baş verən dəyişikliklər ilk növbədə folklor daşıyıcılarının və söyləyicilərinin evristik səciyyəsində aşkarlanmışdır. Hazırda Ahıska türklərinin sürgün folkloru ənənəvi söyləyicilərlə yanaşı, savadlı, çox vaxt ədəbi təhsilli, müasir informativ cəmiyyətdə yaşayan, əksəriyyəti sürgün dövründə doğulmuş söyləyici – “müəlliflər” tərəfindən yaradılır, çox vaxt yazılı formada mövcud olur. Məqalədə Ahıska türklərinin sürgün folklorunun məzmun, janr, üslub xüsusiyyətləri təhlil olunmuş, folklor-ədəbiyyat sinkretizminin xüsusiyyətləri aşkarlanaraq təsnif edilmişdir. Ahıska türklərinin sürgün folklorunda mətnlərin estetikləşməsi və ənənəvi informativ funksiyanın sıxışdırılması, magik təfəkkürün yaradıcı fantaziya və ədəbi təxəyyüllə əvəz edilməsi, şəxsi başlanğıcın və fərdiliyin güclənməsi təhlil olunmuşdur.

İndir

Yayınlanmış

2022-05-31

Nasıl Atıf Yapılır

Hacılı, A. (2022). AHISKA TÜRKLӘRİNİN SÜRGÜN FOLKLORUNUN YARADICILIQ SİNKRETİZMİ VӘ JANR TİPOLOGİYASI. Uluslararası Ahıska Araştırmaları Dergisi (AHARDE), 2(1), 1–13. https://doi.org/10.5281/zenodo.7537638

Sayı

Bölüm

Makaleler